Sankt-Peterburqda Suvorov Hərbi Məktəbinin üç kursantı xlor tərkibli maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə “Fontanka.ru”da xəbər dərc edilib. Portalın məlumatına görə, bir gün əvvəl yeniyetmələr tualetləri təmizləyirmiş. Onların hamısının 16 yaşı var.
Kursantlar oktyabrın 8-i axşam saatlarında özlərini pis hiss ediblər. Sankt-Peterburqun Kronştadt bulvarındakı kazarmaya gələn həkimlər gənclərdə kəskin inhalyasiya zəhərlənməsi aşkar ediblər. Qeyd olunub ki, yeniyetmələr ağartıcı və pas təmizləyicini qarışdırarkən təmizlik zamanı dumanından nəfəs ala biliblər. Lain daha sonra zəhərlənmə baş verib.
QAZİLER.AZ