Qar uçqununda 2 alpinist öldü

Qar uçqununda 2 alpinist öldü backend

Çinin Tibet muxtar rayonundakı Şişabanqma dağında baş verən qar uçqunu nəticəsində 2 alpinist ölüb, digər ikisi itkin düşüb.

QAZİLER.AZ  Lent.az- istinadən xəbər verir ki, hadisə oktyabrın 7-də günortadan sonra təxminən 7 min 600 metr yüksəklikdə baş verib. Ölənlərdən biri ABŞ, digəri isə Nepal vətəndaşıdır. Elə itkin düşənlər də ABŞ və Nepal vətəndaşlarıdır. Nepaldan olan digər alpinist isə ciddi xəsarət alıb.

Hazırda xilasedicilər hadisə yerində axtarış aparırlar. Şişabanqma dağında alpinizm fəaliyyəti dayandırılıb.

 

 

Diaspora