Ermənistanda iki silahlı insident olub, xəsarət alanlar var.
QAZİLER. AZ Publika.az-a istinadən verdiyi məlumata görə, bu barədə “Shamshyan.com” xəbər yayıb.
Qeyd edilir ki, hadisələrdən biri dünən axşam saatlarında paytaxt İrəvanda baş verib. Atışma zamanı 25 yaşlı gənc xəsarət alıb.
Polis zərərçəkənin harada, hansı şəraitdə güllə yarası aldığını araşdırır və onun şəxsiyyətini də müəyyənləşdirir.
Daha bir silahlı insident Aparan (Baş Abaran-red) rayonunda qeydə alınıb. İnsident zamanı 1 nəfər yaralanıb.
Hadisənin təfərrüatı açıqlanmır.