Xankəndidəki partlayış: 7 erməni Fransaya aparıldı

Xankəndidəki partlayış: 7 erməni Fransaya aparıldı backend

Xankəndi yaxınlığındakı yanacaq məntəqəsində 25 sentyabrda baş verən irimiqyaslı partlayış nəticəsində yaralanan və hazırda çox ağır vəziyyətdə olanlardan 7-si Fransa və Bolqarıstana aparılır.

QAZİLER. AZ  Axar.az-a istinadla  xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi açıqlama verib.

“Vəziyyəti son dərəcə ağır qiymətləndirilən xəstələrin durumu hazırda stabilləşib və daşınmağa hazırdırlar”, - məlumatda deyilir.

Bu xəstələrin uzunmüddətli və kompleks müalicə tələb etdiyi qeyd edilib.

 

 

Diaspora