Çeçenistanda idmançı paraşütlə tullanma zamanı dünyasını dəyişib - VİDEO

Çeçenistanda idmançı paraşütlə tullanma zamanı dünyasını dəyişib - VİDEO backend

Çeçenistanda 45 yaşlı idman ustası Dmitri Belyaev paraşütlə tullanma üzrə Rusiya kubokunun finalı zamanı qəzaya uğrayaraq dünyasını dəyişib.

Qaziler.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı “GoodSky” teleqram kanalında məlumat yayıb. Qeyd edilib ki, uçuş zamanı idmançı manevrin hündürlüyünü hesablamayıb.

“Təəssüflə nəzərinizə çatdırırıq ki, paraşütlə tullanma üzrə Rusiya kubokunun finalı zamanı bədbəxt hadisə baş verib. Eniş zamanı paraşütçü səhvə yol verib və manevrin hündürlüyünü hesablamayıb. Nəticədə o, artan şaquli sürətlə suya düşüb”, - bildirilib.

QAZİLER.AZ

Diaspora