Permdə iş adamı insanların gözü qarşısında güllələnib

Permdə iş adamı insanların gözü qarşısında güllələnib backend

Permdə iş adamı Aleksandr Lukov güllələnib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat “112” teleqram kanalında məlumat verilib.

59 yaşlı iş adamı barın yaxınlığında öldürülüb. Hücum edən şəxs tapança ilə ona bir neçə dəfə atəş açıb və Lukov yerindəcə ölüb.

Qətl "Molodejnaya" dəmir yolu vağzalının yaxınlığındakı Pervomaiskaya küçəsində,  biznesmenə məxsus obyektin yaxınlığında baş verib. Cinayətkar avtomobildən düşərək yoldan keçənlərin gözü qarşısında Lukova atəş açıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir. Qatilin kimliyi hələ müəyyən edilməyib.

QAZİLER.AZ

Diaspora