Xaçmazda 20-yə yaxın kənd işıqsız qalıb

Xaçmazda 20-yə yaxın kənd  işıqsız qalıb backend

Xaçmaz rayonunda müşahidə edilən güclü yağış elektrik təsərrüfatına ziyan vurub, 20-yə yaxın kənd işıqsız qalıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hazırda rayonun 20-dən çox kəndində elekrtik enerjisinin verlişində fasilə yaranib.

Belə ki, Əhmədoba, Müşkür, Hacıəhmədoba, Qaracəlli, Xəzərli, Qusarçay, Çiləgir, Çinartala xətləri istiqamətində yerləşən 20-ə yaxın kənd qaranlığa qərq olub.

"Report"un yerli bürosuna Xaçmaz Elektrik Şəbəkəsindən bildirilib ki, rayon ərazisində 10kV-luq xətdə qəza vaş verib. Yaranan fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Briqadalar əraziyə cəlb olunub.

Diaspora