Sosial şəbəkələrdə Bakıda 44 saylı məktəbin həyətində şagirdlərin narkotik vasitədən istifadə etmələri ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, videogörüntülərlə bağlı araşdırma aparılır:
“İddialar araşdırma predmetidir. Nəticəsi barədə əlavə məlumat veriləcək”.