Moskvada ticarət mərkəzinin yaxınlığında qumbara tapılıb

Moskvada ticarət mərkəzinin yaxınlığında qumbara tapılıb backend

Moskvanın Marino rayonunda iki qumbara aşkar edilib.

Qaziler.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.  

Telekanalın məlumatına görə, fövqəladı hallar xidmətinin əməkdaşları hadisə yerinə gəlib və bomba ekspertləri gələnə qədər ərazini mühasirəyə alıblar.

SHOT-un məlumatına görə, qumbaralar Lyublinskaya küçəsində yerləşən “Mariel” ticarət mərkəzinin yaxınlığındakı qazonda tapılıb.

Hadisənin digər təfərrüatları açıqlanmayıb. Hələlik heç bir rəsmi şərh verilməyib.

QAZİLER.AZ

Diaspora