Ərzurumda rusiyalı feminist öldürülüb

Ərzurumda rusiyalı feminist öldürülüb backend

Türkiyədə iki günlük axtarışdan sonra rusiyalı fəal Anastasiya Emelyanovanın cəsədi tapılıb.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə onun rəfiqəsi Anastasiya Polozkova instaqramda məlumat verib. Hazırda qətlə yetirilən qızın nişanlısı saxlanılıb.

“Sentyabrın 20-dən bəri Nastya heç kimlə əlaqə qurmayıb. Son iki gündür ki, onu axtarırıq. Və beləcə tapıldı. İndi iş konsuldan, dəfn mərasiminin təşklindən və başqa şeylərdən ibarətdir”, - Polozkova yazıb.

Polozkovanın sözlərinə görə, mərhum sentyabrın 20-dən kimsəylə əlaqə saxlamayıb və onun axtarışları sentyabrın 23 və 24-də davam etdirilib. O bildirib ki, sentyabrın 23-də Türkiyə polisi qızın axtarışları ilə bağlı axtarış prosesini qəbul etmək istəməyib.

Anastasiya Emelyanova "YouTube"da "Feministlər izah edir" layihəsindəki işinə görə fəal kimi tanınır. O, ortağı Nazar ilə 2023-cü ildə Tinderdə tanış olub. Anastasiya “Twitter”də (X) onunla evlənməyə hazırlaşdığını və Türkiyədə yaşamaq hüququ almağı planlaşdırdığını yazıb.

QAZİLER.AZ

Diaspora