Xabarovsk yaxınlığında məktəblini gündüz vaxtı girov götürüblər.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, cinayətkar Nekrasovka kəndində 15 yaşlı oğlanı qaçırıb.
Yeniyetmə oyandıqda tərk edilmiş evdə stula bağlanmış halda olduğunu görüb. Yaxınlıqda dayanan naməlum şəxs özünü “Tesak” ləqəbli Mixail kimi təqdim edib. Daha sonra uşağı çubuqla döyməyə başlayıb və ayaqlarına elektrik cərəyanı verib. Cinayətkar polisə verdiyi ifadədə, yeniyetmənin ögey atasına görə 5 milyon rubl itirdiyini deyib. “Tesak”ın uşağa əzab verməkdə məqsədi ögey atasından almaq istədiyi bu “borc” olub.
Hadisəni törədən şəxs uşağı kəndin mərkəzinə gətirərək, orada maşından düşürüb. Ögey ata hadaisəni ciddiyə almayıb və “Tesak”ı tanımadığını bildirib.