Murmansk vilayətinin sakini Voloqdada motorlu gəmini oğurlayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 34 yaşlı kişi Murmaşi kəndindən Voloqdaya dincəlmək üçün gəlib. O, ərazidə heç kimin olmamasından istifadə edərək sərnişin gəmisinə qalxıb. Gəmini Voloqda çayı üzərindəki estakadadan çıxararaq, mühərriki işə salmağa çalışıb.
Lakin bunu bacarmayıb və gəmi sadəcə olaraq axınla üzüb. Çox keçməyib ki, yüz metrdən sonra “Perseus” gəmisi quruya çıxıb.
Tezliklə polis hadisə yerinə gəlib. Faktla bağlı “Su nəqliyyatı oğurluğu” maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs maddə üzrə maksimum cəza olaraq 8 il azadlıqdan məhrum edilib.