Tayvanın cənubundakı zavodda yanğın olub.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Hadisə nəticəsində dörd nəfər ölüb, Dağıntılar altında 6 nəfərin qaldığı bildirilib. Ölənlərin hamısı yanğınsöndürmə xidmətinin əməkdaşlarıdır.
Şəhər rəhbərliyinin verdiyi açıqlamada bildirilir ki, 102 nəfər tibbi yardıma müraciət edib: onlardan 58-i orta ağır, daha 25-i ağır bədən xəsarətləri alıb. Məlumata görə, azı 20 zərərçəkmiş reanimasiya və ya reanimasiya şöbələrindədir.
Bələdiyyə orqanlarının məlumatına görə, yaralananlar arasında iki əcnəbi də var.