Yekaterinburqun Ordjonikidsevski rayonunda uşaq vannada boğulub.
Qaziler.az bildirir ki, bu barədə “KP-Ekaterinburq” məlumatlı mənbəyə istinadən xəbər verib.
Hadisə şahidi nəşrə bildirib ki, ailə mehriban yaşayıb və rayonda qeydiyyatda deyil. Lakin ananın qanında spirt aşkarlanıb. İlkin versiyaya görə, qadın iki yaşlı qızını çimdirsə də, daha sonra onu tək qoyub. Qayıdanda artıq uşaq ölmüş olub.
İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi hadisəylə bağlı şərh verməkdən imtina edib.
QAZİLER.AZ