Erməsitanda etirazçılar Rusiyanın İrəvandakı səfirliyini mühasirəyə alıblar - VİDEO

Erməsitanda etirazçılar Rusiyanın İrəvandakı səfirliyini mühasirəyə alıblar - VİDEO backend

İrəvanda hökumət əleyhinə aksiya zamanı etirazçılar Rusiyanın Ermənistandakı səfirliyinin girişini bağlayıblar.

Qaziler.az-ın məlumatına görə, bu barədə  TASS Rusiya diplomatik missiyasındakı mənbəyə istinadən xəbər verir. Qeyd edilib ki, həm binanın əsas girişinə, həm də həyətyanı sahəyə böyük izdiham toplaşıb.

“Səfirliyin binası bloklanıb. Əsas girişdə binanın qarşısında çoxlu nümayişçi var. Arxa giriş də bağlanıb, lakin o tərəfdə neçə nəfərin olduğu bəlli deyil”, - agentliyin işçisi bildirib.

Xəbərdə diplomatların uşaqları və arvadlarının səfirliyə gətirilməsi ilə bağlı yayılan xəbərlərin saxta olduğu bildirilib. Qeyd edilib ki, yaxınları evdədir və təhlükə yoxdur.

QAZİLER.AZ

Diaspora