"Azərenerji": "Laçında həlak olanlar əməkdaşlarımız deyil"

"Azərenerji": "Laçında həlak olanlar əməkdaşlarımız deyil" backend

Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu “Azərenerji” ASC-nin əməkdaşları deyil.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

09:54

Bu gün saat 09:00 radələrində Laçın rayonunun Mollalar kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan  bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

loading...
Diaspora