Xəzər dənizində 4,6 maqnitudalı zəlzələ olub.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyasi nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, 17.09.23 tarixində yerli vaxtla saat 02:51-də Qala stansiyasından 147 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb", -deyə məlumatda bildirilib.
Zəlzələ ocağı Yerin 62 kilometr dərinliyində qeydə alınıb.