Masallıda evdən 4 kilodan çox narkotik tapıldı

Masallıda evdən 4 kilodan çox narkotik tapıldı backend

Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

QAZİLER.AZ  Lent.az-a istinadən xəbər verir ki, narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satışında şübhəli bilinən Qəniyev Araz İsmayıl oğlu Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 62,274 qram marixuana aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq A.Qəniyevin yaşadığı Qızılavar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan ümumilikdə 4 ədəd bükümdə ümumi təmiz çəkisi 4115,0 qram külli miqdarda qurudulmuş marixuana da tapılaraq götürülüb.

 

 

 

 

Diaspora