Xaçmazda körpünün dağıldığı əraziyə dövlət rəsmiləri gəlib

Xaçmazda körpünün dağıldığı əraziyə dövlət rəsmiləri gəlib backend

Qudyalçayın Xaçmaz şəhərindən keçən hissəsində avtomobil körpüsünün dağılması ilə əlaqədar əraziyə dövlət rəsmiləri gəlib.

"Report"un Şimal bürosunun məlumatına görə, Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun 26-cı km-də, Xaçmaz şəhərinin mərkəzindən keçən körpünün dağıldığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digər qurumların rəsmiləri baş çəkiblər.

Sözügedən ərazidə olan AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, sel suları nəticəsində 3 aşırımlı avtomobil körpüsünün iki aşırım hissəsi dağılıb: "Körpünün çökməsinə sel sularının dayaq sütunlarını dağıtması olub. Qısa müddət ərzində körpü bərpa olunacaq. Artıq lazımi tapşırıqlar verilib. Günün ikinci yarısında zəruri texnikalar əraziyə gətiriləcək. Gediş-gəliş qısa müddətdə təmin olunacaq. Hazırda avtomobillər alternativ olaraq Qımılqışlaq kənd yolundan istifadə edirlər".

Diaspora