Rusiyada şagirdlər arasında kütləvi zəhərlənmə olub – diaqnozda virus aşkarlanıb

Rusiyada şagirdlər arasında kütləvi zəhərlənmə olub –  diaqnozda virus aşkarlanıb backend

Rusiyanın  Xabarovsk vilayətində yerləşən Elban kəndinin məktəbli uşaqları arasında kütləvi zəhərlənmə baş verib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, şagirdlər rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Bütün uşaqlara norovirus diaqnozu qoyulub. Virusun iaşə işçiləri tərəfindən yayıldığı və uşaqlara yoluxduğu məlum olub. Həkim bildirib ki, bu virusa yoluxan uşaqlar xəstəliyi böyüklərdən daha ağır keçirirlər.

“Norovirusun ötürülmə üsulu oraldır. Yəni yoluxmuş şəxsin bəzi hissəcikləri ağız yolu ilə digərinə daxil olur. Xəstəlik çox təhlükəli deyil və epidemiyaya çevrilmə potensialı yoxdur. Xəstəliklər mütəmadi olaraq baş verir”, - həkim bildirib.

QAZİLER.AZ

Diaspora