Goranboy rayonunun Dəliməmmədli şəhərində yarımstansiyanın ərazisində gücü 40 kVt olan transformatorun yağı və sarğıları, 68 p.m yeraltı kabel, ümumi sahəsi 600 m² olan birmərtəbəli yarımstansiyanın zirzəmisində şkaflara yığılan elektrik kabelləri 1500 p.m, 1-ci mərtəbədə hər birinin sahəsi 35 m² olan 2 otaqda 6 ədəd gücü 10 kVt olan reaktor, ümumi sahəsi 140 m² olan otaqda quraşdırılan 30 ədəd elektrik yuvası və 22 ədəd qapalı paylayıcı qurğu yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yüksək temperaturdan ümumi sahəsi 112 m² olan idarəetmə mərkəzinin 5 ədəd idarəetmə paneli, 12 ədəd rele paneli və 1 ədəd kondisioner əriyib.
Yarımstansiyanın içərisində olan qurğular, kabellər və ərazidə olan digər transformatorlar yanğından mühafizə olunub.