Argentinalı məşhur aktrisa və model Silvina Luna plastik cərrahiyyədəki səhvlərə görə vəfat edib.
QAZİLER.AZ Lent.az-a istinadla bildirir ki, 43 yaşlı model 2 gün əvvəl ölüb. Luna təxminən 80 gün müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb. Ona hiperkalsemiya və kəskin böyrək çatışmazlığı diaqnozu qoyulub, eləcə də ona koronavirusla bağlı fəsadların olduğu da bildirilib.
Aktrisa 2010-cu ildə estetik əməliyyat zamanı bədəninə zəhərli maddə daxil olduqdan sonra səhhətindən şikayətlənib. Əməliyyatı həyata keçirən həkim məsuliyyətə cəlb olunub.