Qazax rayonunun Yuxarı Salahlı kəndində ümumi sahəsi 55 m² olan dəmir konstruksiyadan ibarət talvarın altına yığılan 6 ton ot bağlamasının 2 tonu, yaxınlıqda ümumi sahəsi 80 m² olan dəmir konstruksiyadan ibarət talvarın altına yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan ümumi sahəsi 55 m² olan talvarın metal konstruksiyaları 25 m² sahədə deformasiyaya uğrayıb.
Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.