İtaliyada 37 yaşlı Mattia Aguzzi adlı şəxs 5-ci mərtəbədən yıxılmaq üzrə olan balaca uşağı havada tutub.
Qaziler.az xəbər verir ki, hadisə İtaliyanın Piemont vilayətində Turin şəhərində baş verib.
37 yaşlı Mattia Aguzzi adlı kişi sevgilisi ilə alış-verişə çıxıb. Aguzzi həmin vaxt olduqları küçədə binadan qışqırıqlar eşidib. O, 5 yaşlı qız uşağının eyvanın məhəccərindən asılı vəziyyətdə olduğunu görüb. Yıxılacağını anlayaraq tez qollarını açıb və qızcığazı havada tutaraq həyatını xilas edib.
Daha sonra beşinci mərtəbədən yıxılan kiçik qızı havada tutarkən zərbənin təsirindən yerə yıxılan ikili nəzarət məqsədi ilə xəstəxanaya aparılıb.
Belə ki, birdən-birə ölkə gündəminə düşən 37 yaşlı xilaskar İtaliya siyasətçiləri tərəfindən təbrik edilib.
Həmçinin Aguzzi ölkəsində qəhrəman elan edilib.
QAZİLER.AZ