Rusiya İstintaq Komitəsi "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin avqustun 23-də Tver vilayətində təyyarə qəzasında öldüyünü təsdiqləyib.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi xəbərə görə, İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı genetik ekspertizanı başa çatdırıb.
Təyyarə qəzasında ölən 10 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, onların arasında Yevgeni Priqojin də var.
Qeyd edək ki, , avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçan təyyarə Tver vilayətində qəzaya uğrayıb.