ABŞ-də maşında unudulan körpə istidən ölüb

ABŞ-də maşında unudulan körpə istidən ölüb backend

ABŞ-ın Nebraska ştatının Omaha şəhərində uşaq baxım mərkəzinin servis avtobusunda 38 dərəcə istiliyin altında qalan 1 yaşlı körpə ölüb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə  ABŞ-ın Duqlas bölgəsinin prokurorluğu açıqlama verib. Bildirilib ki, "Gələcəyin Uşaqları" adlı uşaq bağçasının servis avtomobilində unudulan RaMiyah Worthington adlı körpə 5-6 saat 38 dərəcə istinin altında qalıb.

Nəticədə bədən temperaturu 42,8 dərəcəyə çatan körpə dünyasını dəyişib.

Körpəni maşında qoyan 62 yaşlı servis sürücüsü Rayan Uilyams "körpənin ölümünə səbəb olan səhlənkarlıqda” ittiham olunur. Uilyamsın günahı sübuta yetirilərsə, onu 4 ilə qədər həbs cəzası gözləyir.

Sürücü Uilyams açıqlamasında qeyd edib ki, avtobusdan düşmək istəməyən bir uşaqla məşğul olduğu üçün diqqəti dağılıb və bir yaşlı körpəni servisdə unudub.

Dövlət rəsmiləri körpənin ölümü ilə bağlı araşdırmaların davam etdiyi müddətdə sözügedən uşaq evinin bağlanacağını vurğulayıb.

QAZİLER.AZ

Diaspora