Priqojinin təyyarəsi raket vasitəsi ilə vurulub

Priqojinin təyyarəsi raket vasitəsi ilə vurulub backend

Rusiyada “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.

Bu barədə “Report” “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalına istinadən xəbər verir.

“Mash” teleqram kanalı öz növbəsində qeyd edib ki, təyyarə qəzasının şahidləri hadisədən əvvəl iki güclü partlayış səsi eşidiblər.

“Təyyarə Tver vilayətində qəzaya düşməmişdən əvvəl şahidlər iki güclü parrtlayış səsi eşidiblər. Bundan sonra qanad və stabilizator hava gəmisindən qopub” - məlumatda vurğulanıb.

Diaspora