Salyanda 25 yaşlı qadının öldürülməsinin bəzi detalları məlum olub.
Oxu.Az xəbər verir ki, rayonun Arbatan kəndində qeydə alınan hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Qaraş Rabil oğlu İbrahimov arvadına ondan ayrılacağı təqdirdə öldürəcəyi ilə hədə-qorxu gəlib.
Qətlə yetirilən qadının ölümündən bir neçə saat öncə çəkdiyi görüntüləri təqdim edirik:
13:52
Salyanda 25 yaşlı qadın qətlə yetirilib.
Belə ki, avqustun 16-da saat 15:00 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü Günel Qurban qızı İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Qonşuların sözlərinə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Qaraş Rabil oğlu İbrahimov zəhmətkeş oğlan olub: “O gəlin onları yerlə-yeksan etdi”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Qaraş İbrahimov könüllü polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: