Kürdəmirdə ağır yol qəzası: iki nəfər boğularaq ölüb

Kürdəmirdə ağır yol qəzası: iki nəfər boğularaq ölüb backend

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

Qaziler.az Report-a istinadla xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mitsubishi” markalı avtomaşın Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşın yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb.

Nəticədə avtomobildə olan sürücü, Laçın rayon sakini, 1959-cu il təvəllüdlü Qarayev Yaşar Əli oğlu və onun həmyerlisi olan sərnişini, 1964-cü il təvəllüdlü Xanalıyev Vidadi Sabir oğlu suda boğularaq dünyasını dəyişib.

Onların meyitləri sudan çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxslər Laçın rayonundan Bakı şəhərinə gedirmişlər.

Diaspora