Tanınmış şairə Cığatel İsaqızının 10 yaşlı nəvəsi ağır avtomobil qəzası nəticəsində vəfat edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Nazilə Səfərli instaqramda məlumat yayıb. O, bildirib ki, hadisə Salyan istiqamətində baş verib:
"Cığatel İsaqızının oğlu ailəsi ilə Salyan istiqamətində istirahatə gedərkən maşının təkərində nasazlıq yaranıb. Təkəri dəyişmək məqsədi ilə maşını yolun kənarına çəkirlər. Hərəkətdə olan digǝr maşın bu maşına çırpılır. Çigatelin 10 yaşlı oğul nəvəsi həlak olub. Oğulunun isə ayaqları sınıb. Zəng etdim, səsinə dayana bilmədim, Cığatelə çox ağır itki oldu. Allah rəhmət etsin", - Nazilə Səfərli qeyd edib