Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Şüvəlan”, “Mərdəkan”, “Şıx” sularda xilasetmə məntəqələrinin ərazisində, "Bilgəh", sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Sahil ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.