İranın paytaxtı Tehranda yerləşən Evin həbsxanası yaxınlığında otluq sahədə yanğın baş verib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, yanğın qısa müddətdə böyük əraziyə yayılıb və həbsxananın təhlükəsizlik zonasında basdırılan çox sayda minanın partlamasına səbəb olub.
Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər yanğını qısa müddətdə məhdudlaşdırıblar.
Yanğın nəticəsində həbsxanaya ziyan dəyməyib, ölən və xəsarət alan olmayıb.
Yanğının səbəbinin havanın isti keçməsi ilə əlaqədar olduğu qeyd edilib.