Azərbaycanlı sahibkarı güllələyənə ittiham irəli sürüldü

Azərbaycanlı sahibkarı güllələyənə ittiham irəli sürüldü backend

Gürcüstanın Baş Prokurorluğu paytaxt Tbilisi ərazisində fəaliyyət göstərən “Lilo Mall”da etnik azərbaycanlı iş adamına silahlı hücum edən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, həmçinin odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasını nəzərdə tutan maddələri ilə ittiham irəli sürüb.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində müttəhimin avqustun 3-də, “Lilo Mall” MMC-də odlu silahdan bir neçə əl atəş açaraq qurbanını yaraladığı müəyyən edilib. Əlavə olunub ki, yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Nəzərə çatdırılıb ki, hüquq mühafizə orqanlarının əməkdaşları müttəhimi hadisə baş verən gün saxlayıblar. Ona qarşı irəli sürülən ittihamlar üzrə 10 ildən 15 ilədək həbs cəzasının nəzərdə tutulduğu qeyd olunub.

Faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

Xatırladaq ki, avqustun 3-də baş vermiş silahlı hücum zamanı etnik azərbaycanlı iş adamı Roman İsayev başından güllə yarası alıb.

 

 

Diaspora