Qazaxda intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Salahlı kəndində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Aytən Mehdiyeva yaşadığı evdə özünü asıb. Gənc qadının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.