Türkiyədə güclü istilər qağayıların ölümünə səbəb olub - FOTO

Türkiyədə güclü istilər qağayıların ölümünə səbəb olub - FOTO backend

Son zamanlar dünyanın dörd bir yanında müşahidə olunan isti havalar insanlarla yanaşı, ekoloji tarazlığın dəyişməsinə səbəb olan temperatur heyvanlara da təsir edib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, Türkiyənin Van gölü ətrafında çoxlu sayda ölmüş qağayılara rast gəlinib.

Van gölünün Adır, Akdamar, Kuzu və Çarpanak adalarında yuvalayan qağayılar 15 apreldə başlayan balıq köçünün iyulun 15-də başa çatmasından sonra qida qıtlığı yaşamağa başlayıb.

Köç zamanı çaylarda tutduqları balıqların gölə qayıtmasıyla yemək tapa bilməyən qağayıların bəziləri qida qıtlığı, həddindən artıq isti və quraqlığın təsirindən tələf olublar.

Ötən illə müqayisədə bu il qağayı ölümlərinin artdığını bildirən mütəxəssislər bunun təbii proses olduğunu və epidemiya riskinin olmadığını qeyd ediblər.

QAZİLER.AZ

Diaspora