Bu gün Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verib. Yanğın 500 kvadratmetr ərazini əhatə edib.
“Report” hadisə yerindən fotoreportajı təqdim edir.
Qeyd edək ki, bu gün 14:40 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Dərhal hadisə yerinə FHN-nin 7 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq yanğın qısa müddətdə tam söndürülüb.






