Yeniyetmələr arasında xokkey üzrə Rusiya çempionu Yevgeni Xvalko 17 yaşında gənə dişləməsindən dünyasını dəyişib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.
Həkimlərin bir neçə həftə onun həyatı üçün mübarizə apardıqları, lakin onu xilas edə bilmədikləri araşdırılır. Onun ölümünə gənə ensefalitinin ağırlaşması səbəb olduğu bildirilib.
Kanal qeyd edir ki, Xvalko “Kuzbass” klubunda çıxış edib, atası isə Rusiyanın 5 qat xokkey çempionu olub.
QAZİLER.AZ