İntim görüntüləri ilə şantaj olunan Ucar rayonu, Alpoud kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov işdən çıxmaq üçün ərizəsini Mərkəzi Aran Regional Təhsil İdarəsinə təqdim edib.
O, bu barədə Oxu.Az-a açıqlmasında bildirib.
O.Rəhimov qeyd edib ki, artıq könüllü sürətdə işdən çıxıb:
“Türk qız tərəfindən şantaj edilirəm və hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Daha heç nə danışmaq istəmirəm”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-a açıqlamasında bildirib ki, O.Rəhimov Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu ölkə hüdudlarından kənarda yaşayan bir şəxs tərəfindən şərəf və ləyaqətinin alçaldılması barədə məlumat verib:
“Daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb və qeyd olunan məsələ ilə bağlı O.Rəhimova məhkəməyə müraciət etməsi izah olunub”.