Rusiyanın paytaxtı Moskvanın “Moskva Siti” biznes mərkəzinə dron hücumu olub.
Bu barədə TASS məlumat yayıb.
Eyni zamanda, paytaxtın meri Sergey Sobyanin bu məlumatı təsdiqləyib: “Bir neçə dron Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Biri keçən dəfə olduğu kimi Sitinin eyni qülləsinə çatıb. 17-ci mərtəbə səviyyəsindəki fasad zədələnib”.
İlkin məlumata görə, olayda yaralanan olmayıb.
Xatırladaq ki, iyulun 30-da "Moskva Siti"yə dron hücumu olmuşdu. Hadisədə 1 nəfər yaralanmışdı.