Adananın Kozan rayonunda avtomobil qəzası baş verib.
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, qəzada dünyasını dəyişən 63 yaşlı Vedat Gökün ailəsi bu gün səhər saatlarında cənazəni almağa gəlib.
Gök ailəsi meyitin şəxsiyyətini müəyyən etmədən morqdan təslim alıb. Daha sonra meyit Qarahəmzalı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Eyni morqa gecə saatlarında qəflətən halı pisləşən və xəstəxanada dünyasını dəyişən Ərdoğan Mertkanın (87) yaxınları da gəlib. Yaxınları meyitin şəxsiyyətini müəyyən edən zaman onun Mertkana aid olmadığını anlayıb. Araşdırma nəticəsində məlum olub ki, Ərdoğan Mertkanın cənazəsi Vedat Gökün yaxınlarına təhvil verilib.
Morq işçiləri Gök Ailəsi ilə görüşərək vəziyyəti izah ediblər. Dəfn edilən Mertkanın cənazəsi dəfn olunduğu yerdən çıxarılaraq yaxınlarına təhvil verilib.
Beləliklə, Mertkanın cənazəsi yenidən Kozan qəbiristanlığında, Gökün cənazəsi isə Karahamzalı kənd qəbiristanlığında torpağa tapşırılıb.
QAZİLER.AZ