İranda daşqınlardan 130-dan çox insan zərər çəkdi

İranda daşqınlardan 130-dan çox insan zərər çəkdi backend

İranın cənub-şərqində yerləşən və ölkənin ən quraq əyalətlərindən biri hesab edilən Sistan və Bəlucistanda daşqınlar nəticəsində azı 133 nəfər zərər çəkib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin yerli bölməsinin rəhbəri bildirib.

Daşqınlara Sarbaz çayının daşması səbəb olub. Çayda suyun səviyyəsi 1985-ci ildən ən yüksək həddə çatıb. Nəticədə 80 yaşayış binasını su basıb.

Yerli hakimiyyət orqanları yeni daşqınların olacağı barədə xəbərdarlıq edib.

Sonuncu dəfə iyulun 2-dən 7-dək 1 000-dən çox insan təbii fəlakətdən zərər çəkib.

 

 

Diaspora