ABŞ-da qardaşını öldürən beş yaşlı uşağın kokain testi müsbət çıxıb, ölən körpənin qanında isə marixuana aşkarlanıb.
Qaziler.az bildirir ki, TRTHaber-in “SkyNews”a istinadla verdiyi məlumatda prokurorlar 16 aylıq İsiah Consonun qardaşının açdığı silahdan öldüyünü açıqlayıb.
Isiahın qanında marixuana olduğu və qardaşının kokain testinin müsbət çıxdığı də bildirilib.
Hadisədən sonra polis əlavə edib ki, mənzildə 93 ədəd fentanil həbi, marixuana və narkotik istehsalında istifadə olunan alətlər aşkar edilib.
Prokurorlar Lafayettenin valideynləri Deonta Jermaine Johnson (27) və Şatia Tiara Velç (24) barəsində səhlənkarlıq və narkotik ittihamı irəli sürüblər.
Velç polisə silahın onun olduğunu, lakin onu çarpayısının altındakı qutuda kilidli saxladığını söyləyib.
QAZİLER.AZ