Bu gün İstanbulda tarixinin ən isti günlərindən biri yaşanıb.
Ölkədə ətəndaşlar istilərin təsirindən sərinləməyə çalışarkən, digər tərəfdən müxtəlif nöqtələrdə yanğınlar baş verib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbulda küçələrdən birində elektrik dirəyindəki elektrik kabelləri yüksək temperatura dözməyərək yanmağa başlayıb.
Vəziyyəti görən məhəllə sakinləri yanğınsöndürən balonla müdaxilə ediblər. Yanğın nəticəsində elektrik naqilləri kəsilərək yola düşüb. Həmin vaxt oradan heç kimin keçməməsi böyük fəlakətin qarşısını alıb.
QAZİLER.AZ