Su kanalında batan Vətən müharibəsi iştirakçısının meyiti tapılıb

Su kanalında batan Vətən müharibəsi iştirakçısının meyiti tapılıb backend

Bərdədə Yuxarı Qarabağ kanalında batan 20 yaşlı oğlanın meyiti tapılıb.

APA xəbər verir ki, ötən gecə 2003-cü il təvəllüdlü Kamran Müzəffər oğlu Eyvazovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu axtarışlara başlayıb və gecə saatlarında boğulmuş şəxsin meyitini çıxarıb.

Qeyd edək ki, kanalda batan şəxs Vətən müharibəsi iştirakçısı olub.

Diaspora