Adananın Kozan rayonunda baş verən 5,5 bal gücündə zəlzələdən sonra Feke rayonunda dağlıq ərazisində qaya parçaları yola düşüb.
Qaziler.az TRT Haber-ə istinadla xəbər verir ki, yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
Bundan başqa, Kozanda istifadəsiz qalan 2 köhnə tikilinin divarları dağılıb.
Bölgədə zəlzələ anları təhlükəsizlik kameralarına da yansıyıb. Paylaşılan görüntülərdə zəlzələnin şiddətli olduğu müşahidə edilir.
Qeyd edək ki, bu gün Türkiyənin Adana vilayətində 5,5 bal gücündə zəlzələ olub. AFAD zəlzələnin təsiri nəticəsində dağıntıların olub-olmaması barədə araşdırma aparıldığını açıqlayb.
QAZİLER.AZ