İstanbulda özəl qocalar evində ürəkləri sızladan hadisə baş verib.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, qocalar evinin işçilərinin qayğıya ehtiyacı olan xəstələrə qarşı zorakılıq tətbiq etdiyi üzə çıxıb. Həmin anları lentə alaraq xəstəni ələ salıblar.
Görüntülərdə qocalar evində çalışan bir şəxs yaxşlı xəstəyə şiddət tətbiq edərək "məni sevirsənmi?" deyə soruşur. Görüntünü çəkən şəxs isə həmin anları təbəssümlə qeyd edir.
Ürəkləri ağrıdan görüntülər sosial mediada paylaşıldıqdan sonra qısa müddət ərzində sərt reaksiyayla qarşılanıb və məsələ ilə bağlı səlahiyyətlilər hərəkətə keçib.
İstanbul Valiliyindən alınan məlumata görə, hadisə ilə bağlı başlanan inzibati istintaq çərçivəsində müəssisənin fəaliyyətinə xitam verilib və xəstələr başqa bir qocalar evinə yerləşdiriliblər.
Zorakılığı törədən şəxs isə polis tərəfindən tutularaq nəzarətə götürülüb.
QAZİLER.AZ