Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.
Bu barədə Qaziler.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30km aralı, nəzarətsiz ərazidə batmış 3-cü şəxsin, 2006-cı il təvəllüdlü Bəşirov Rəvan Tacıəhməd oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
*****
18:10
Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan ikinci yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30km aralı, nəzarətsiz ərazidə batmış 2007-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin ərazidə batdığı ehtimal olunan üçüncü şəxsin axtarışları davam etdirilir.
Qeyd edək ki, iyulun 23-də axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında dənizdə, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazidə batan Siyəzən rayon sakinləri olan 3 nəfər batıb. Onlardan ikisinin meyiti tapılıb.