Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu Şüvəlandakı çimərlik ərazisində ilanın peyda olunmasına münasibət bildirib.
İnstitutun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər sahilində ilanların peyda olunması qeyri-adi hadisə deyil:
“Görüntülərdəki su ilanıdır. Xəzər sahili boyu həmin ilanlar yayılıb. Çünki ora həmin növün yaşama arealdır. Burada qeyri-adi heç nə yoxdur”.
*****
Bakıda çimərlikdə ilan peyda olub.
“Unikal” xəbər verir ki, görüntülər Şüvəlan qəsəbəsindəki özəl çimərlikdə lentə alınıb.
Çimərliyə üz tutan bəzi vətəndaşlar ilanı görərək həmin ərazini tərk ediblər.