Bakıda 10 günlük körpəsini zibil qutusuna atan qadının kimliyi BİLİNDİ

Bakıda 10 günlük körpəsini zibil qutusuna atan qadının kimliyi  BİLİNDİ backend

Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər. 

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

Qeyd edək ki, Bakının Sabunçu rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.

Diaspora