İyulun 17- də saat 14 radələrində İsmayıllı rayonu Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.
Araşdırma aparılır.
XXX
Saat: 14.51
İsmayıllıda 35 yaşlı öldürülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, iyulun 17-si saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.